17:02, 09 Yanvar 2019 (Çərşənbə) 543

Azərbaycanın Berlindəki səfirliyinin qarşısında aksiya olacağı deyilir

Azərbaycanın Berlindəki səfirliyinin qarşısında aksiya olacağı deyilir
Yanvarın 10-da Azərbaycanın Berlindəki səfirliyinin qarşısında çadırlar qurularaq "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq!" tələbi ilə kütləvi aclıq aksiyasına başlanılacaq.

Aksiyaya Azərbaycandan onlarla siyasi mühacir qoşulmaq fikrindədir. Bu barədə Bakıdakı aclıq aksiyasının iştirakçısı, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu bildirib.

"Bizi bir çox ölkələrdə dəstəkləyirlər və aclıq aksiyası iştirakçılarının sayı artır", - o qeyd edib.

Turan İA