10:31, 07 Avqust 2019 (Çərşənbə) 29

Azərbaycanın bəzi rayonlarında qaz təchizatı dayandırılıb

Azərbaycanın bəzi rayonlarında qaz təchizatı dayandırılıb
Avqustun 7-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan "Azadkənd-İmişli” magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi və aşkar olunmuş qaz sızmalarının ləğvi işləri icra olunacaq.

Bu barədə şirkətin  "Azəriqaz” İstehsalat Birliyindən  məlumatı yayıb.

Məlumata görə, bununla əlaqədar saat 06:00-dan 21:00-a qədər bir sənaye müəssisəsində, saat 08:00-dan 20:00-a qədər isə Saatlı və İmişli rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bundan başqa,avqustun 7-də  saat 09:00-dan sabah işlər başa çatana qədər "Dondarquşçu” Qaz Paylayıcı Stansiyasında yenidənqurma işləri ilə bağlı olaraq Tovuz şəhərinin və bir neçə kənddə qaz təchizatında məhdudiyyətlər qoyulub.