18:11, 19 İyun 2019 (Çərşənbə) 52

Azərbaycanın dövlət büdcəsində yaranan kəsirin miqdarı açıqlanıb

Azərbaycanın dövlət büdcəsində yaranan kəsirin  miqdarı açıqlanıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8 999,3 milyon manat, xərcləri isə 9 426,1 milyon manat təşkil edib.

Bu barədə  Dövlət Statistika Komitəsi  məlumat verib.

Məlumatda bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1% və 24,1% çoxdur.

Son nəticədə büdcədə 426,8 milyon manatlıq kəsir yaranıb.