19:22, 09 İyun 2019 (Bazar) 38

Həlak olan Azərbaycan hərbçisi torpağa tapşırılıb - YENİLƏNİB

Həlak olan Azərbaycan hərbçisi torpağa tapşırılıb - YENİLƏNİB
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 
*****
 
İyunun 9-da Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.