İqtisadiyyat

“Azərbaycanın Çinə böyük həcmdə nar istehsal etməsi sual altındadır”

20 May, 2019
676
Azərbaycan Çinə narşərab və nar şirəsi ixrac edəcək.

Bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. 

Azərbaycanın qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərən 19 Azərbaycan şirkətinin məhsulları mayın 14-16-da Çinin Şanxay şəhərində təşkil edilmiş "Sial China 2019” beynəlxalq sərgisində "Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunub.

Məlumatda həmçinin deyilir ki, sərgi çərçivəsində keçirilmiş görüşlərdə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb, narşərabın və nar şirəsinin ixracına dair razılıq əldə edilib. 

İqtisadçı ekspert Natiq Cəfərli Toplum.Tv-yə bildirib ki, hazırda Azərbaycan Çinə böyük həcmdə nar şirəsi ixracat edəcək potensialda deyil: "Çin böyük bazardır. Əgər Azərbaycan  məhsulları orada özünə yer tuta bilsə və Azərbaycanın istehsal potensialı buna imkan versə bu ölkə üçün gəlirli sahəyə çevirilə bilər. Əvvəllər şərabla da ağlı belə bir məsələ var idi. Sonradan məlum oldu ki, 1 il ərzində Azərbaycanın Çinə şərab istehsalı heç 3 milyon dolları keçmədi. Həcm o qədər kiçik oldu ki, burda heç səmərədən danışmağa dəyməzdi. Ona görə hər şey istehsalın həcmindən asılır. Əgər həcm çox olsa  gəlir də çox olacaq. Hazırda Azərbaycanın Çinə böyük həcmdə nar istehsal etməsi sual altındadır. Əkilən sahələrin, nar bağlarının həcmi bu kifayət edəcək səviyyədə deyil. Ona görə hazırkı dövrdə Çinə böyük həcmdən ixracatın olacağını düşünmək olmaz. Amma bazarda özünə yer tutmaq nöqteyi-nəzərindən Çin bazarı önəmlidir. Bu bazarda özünə yer tutmaq üçün indidən addımlar atmaq lazımdır”. 
 

Natiq Cəfərli 
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin fikirincə, Azərbaycanda məhsuldarlıq aşağı səviyyədədir: "Ümumiyyətlə, bu tipli müqavilələr bağlayanda məhsulun həcmi qeyd olunmur. Bu hələ ki bir sazişdir. Azərbaycan digər ölkələrə də nar soku ixrac edə bilər. Bu zaman baş verər ki, hər hansısa bir ölkəyə ixrac azalsın, yəni hansı ölkədə məhsula daha çox dəyər verilsə, ora məhsul ixrac olunacaq. Düşünürəm ki, Azərbaycanda nar istehsalı artacaq. Belə bir öhdəliyi götürüblərsə, yəqin ki, bu yolda müəyyən addımlar atılacaq. Məhsuldarlıq Azərbaycanda qonşu dövlətlərə nisbətən aşağı səviyyədədir. Məhsuldarlığı artırmaq üçün məhsulun keyfiyyətini artırmaq, məhsulun ucuz başa gəlməsini təmin etmək lazımdır”.
 
 
Vahid Məhərrəmli 

"Məhsuldarlıq aşağı olduğu üçün məhsulların qiyməti də bahadır. Ət və süd məhsullarının istehsalı da daha da azdır. Qoşnu ölkələrdə bir inək ilə 3 ton süd verdiyi halda, bizdə 1 ton 70 litr süd verir. Məhsuldarlığın aşağı olmasının bir sıra səbəbləri var. Azərbaycanda bitkiçilikdə aqrotexniki qaydalar, heyvandarlıqda heyvalara qulluq qaydalarına əməl olunmur. Suvarma suyuna olan ehiyac ödənilmir, texnikada çatışmazlıqlar var. Xaricdən gələn gübrlərin keyfiyyəti aşağıdır. Münbitliyin bərpası üçün addımlar atılmır. Bütün bu sadaladıqlarım məhsuldarlığın az olmasına təsir edən əsas amillərdir. Əgər bu problemlər aradan qalxarsa, kənd təsərrüfatında irəliləyiş olar”, - deyə ekspert qeyd edir.

Lalə Tağızadə

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo