18:40, 12 Noyabr 2018 (Bazar ertəsi) 210

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb

Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfiri geri çağırılıb
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

AZƏRTAC xəbər yayıb ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Norveç gələn il Bakıdakı səfirliyini bağlayacaq.

Məlumatı ötən həftə Norveçin Xarici İşlər Nazirliyi yayıb. 

Nazir İne Eriksen Soreyde bildirib ki, Oslo 2019-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə səfirliyini açmağı planlayır.

"Norveçin Bakıdakı səfirliyi də eyni vaxtda bağlanacaq, Azərbaycan isə Norveçin Ankara şəhərindəki nümayəndəliyindən örtülüdür", - nazir vurğulayıb.

İ.Soreyde qərarın "Norveç maraqlarının və Cənubi Qafqazdakı ölkələrlə əlaqələrimizin ümumi qiymətləndirilməsi əsasında" verildiyini söyləyib.