17:42, 11 Mart 2020 (Çərşənbə) 118

Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənəd qəbulu təxirə salınıb

Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənəd qəbulu təxirə salınıb
İtaliyada epidemioloji vəziyyətlə əlaqədar olaraq Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənədlərin qəbulu təxirə salınıb.

APA-nın xəbərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq şöbəsinə sənədlərin qəbulu 3 aprel 2020-ci tarixinədək təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın İtaliyadakı səfirliyi İtaliya ərazisində olan bütün Azərbaycan vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edib.