12:54, 19 İyun 2019 (Çərşənbə) 86

Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir

Azərbaycanın XİN başçısı Vaşinqtonda səfərdədir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton özünün "Twitter" səhifəsində yazıb.

İyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək.

"Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında dialoqun davamına imkan yaratmaq üçün onlarla görüşü səbirsizliklə gözləyirəm", - deyə Bolton yazıb.

Onun sözlərinə görə, rəsmi Vaşinqton "regionda sülh məsələsinin irəliləyişində kömək göstərməyə hazırdır.

Bundan əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Z.Mnatsakanyanın vasitəçilərlə görüşü dünən baş tutub.