23:48, 09 Sentyabr 2019 (Bazar ertəsi) 86

Azərbaycanla Aİ arasında sazişlə bağlı videokonfranslar keçiriləcək

Azərbaycanla Aİ arasında sazişlə bağlı videokonfranslar keçiriləcək

Azərbaycanla Avropa İttifaqı(Aİ) arasında  sazişə dair danışıqlar çərçivəsində videokonfranslar təşkil olunacaq.


"Report.az" verdiyi xəbərə görə, bu barədə Aİ Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.


O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib: "Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.


Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.