13:36, 26 Sentyabr 2019 (Cümə axşamı) 612

Azərbaycanlı alpinist daha bir zirvəni fəth edib

Azərbaycanlı alpinist daha bir zirvəni fəth edib
Azərbaycan təmsilçisi İsrafil Aşurlu beynəlxalq ekspedisiyanın tərkibində sentyabrın 26-da səhər erkən Himalayın Manslu səkkizminliyinə (8156 m.) uğurla qalxıb.

Bu barədə Turan İnformasiya Agentliyi xəbər verib.

Ekspedisiya təşkilatçıları bildiriblər ki, zirvəyə qalxma sentyabrın 25-də gecəyarısı başlayıb. Dörd alpinist 7400 metr yüksəklikdəki 4 saylı düşərgədən çıxıb və 7 saat sonra zirvəyə çatıb.

Hazırda İ.Aşurlu və digərləri 3-cü düşərgəyə enirlər.

Manaslu İ.Aşurlunun fəth etdiyi dördüncü səkkizminlikdir. O bu zirvəyə qalxan ilk azərbaycanlıdır.

Əgər hava şəraiti imkan verərsə və alpinistlərin gücü yetərsə axşama doğru baza düşərgəsinə qayıdacaqlar.