23:49, 08 İyun 2019 (Şənbə) 39

Marko Rossi: "Azərbaycanlı futbolçular meydanda döyüşürdü"

 Marko Rossi:
Azərbaycan millisi "AVRO-2020" seçmə mərhələsində Macarıstan millisinə 1-3 hesabıyla uduzub.

Oyundan sonra Azərbaycan qrupda sonuncu sırada qərarlaşıb.

Görüşdən sonra Macarıstan millisinin baş məşçqisi Marko Rossi matç haqqında danışıb: "İkinci hissəyə yaxşı başladıq. Şanslar yaratdıq və qollar vurduq. Bəzi epizodlarda əziyyət çəkdik. İkinci yarıda çoxlu imkanlar oldu. İki top fərqi ilə önə keçdikdən sonra daha ehtiyatlı oynamağa başladıq. Artıq növbəti oyunu düşünürük".

Məşqçi həmçinin matçın sonlarında baş verənlərə aydınlıq gətirib: "Hakim məni qovdu. İstəmədən xətti keçdim. Həmin vaxt bildirdim ki, aut bizim leyhimizə olmalıdır. Biz teatrda deyilik. Tennis oynamırıq. Futbol emosional oyundur".

İtaliyalı məşqçi Azərbaycan yığmasının çıxışı barədə də danışıb: "Azərbaycanlı futbolçular meydanda döyüşürdü. Onların köklənməsi yaxşı idi. İlk hissədə yaxşı oynadılar. Rəqib sağ cinahdan təhlükəli hücumlar qururdu. Biz təəccüblənmədik. Matç gözlədiyimiz kimi keçdi".

Azərbaycan millisi bundan sonra ki görüşü iyunun 11-də Slovakya millisinə qarşı oynuyacaq. Oyun Bakcell Arenada keçiriləcək.