11:43, 17 Oktyabr 2020 (Şənbə) 170

Azərbaycanlı hərbçilər Moskvada erməni hərbçilərlə görüşməkdən imtina ediblər?

Azərbaycanlı hərbçilər Moskvada erməni hərbçilərlə görüşməkdən imtina ediblər?
Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorkyan iddia edib ki, rəsmi Yerevan Rusiyanın təşəbbüsüylə hərbçilərini Azərbaycanın nümayəndə heyətilə görüşmək üçün Moskvaya göndərib, lakin rəsmi Bakı anoloji addımı atmaqdan imtina edib. TASS-a açıqlama verən M.Gevorkyanın sözlərinə görə, Moskvadakı görüşdə Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin müzakirə edilməsi nəzərdə tutulub. 


"Yerevan Rusiya Federasiyasının təşəbbüsünə müsbət cavab verib və Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizmini razılaşdırmaq üçün müdafiə nazirliyinin nümayəndələrini Azərbaycan tərəfiylə görüşmək üçün Moskvaya yola salıb. Ancaq bizdə olan məlumata görə, Bakı öz nümayəndələrini görüşə göndərməyib. Bundan isə belə bir qənaət hasil olur ki, Bakı Moskvada əldə olunmuş razılaşmadan imtina edir və Rusiya Federasiyasının təşəbbüsünə rədd cavabı verir" - Gevorkyan belə deyib.