16:22, 23 Avqust 2019 (Cümə) 77

Azərbaycanlı siyasi mühacirlər Avropada aksiya keçirib

Azərbaycanlı siyasi mühacirlər Avropada aksiya keçirib
"Demokratik Azərbaycanı seç" hərəkatına üzv olan Azərbaycanlı siyasi mühacirlər avqustun 23-də Almaniyada növbəti etiraz aksiyası keçiriblər.

Bu barədə "Turan" İA məlumat yayıb.

 Bu dəfə onlar Almaniya cəmiyyətinin, KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına yönəltmək məqsədilə Koblenz şəhərində "Rhein Zeitung" qəzetinin redaksiyası qarşısında toplaşıblar.

Aksiya təşkilatçılarından biri Rövşən Cabbarovun verdiyi məlumata görə, siyasi mühacirlər iyunun 28-dən Almaniya KİV-lərinin redaksiyaları qarşısında etiraz aksiyaları keçirir, siyasi məhbus problemi haqqında məlumat verirlər.

Azərbaycanda toplaşmaq, mətbuat və ifadə azadlığı ciddi şəkildə məhdudlaşdırıldığı bir vaxtda siyasi mühacirlər beynəlxlaq ictimaiyyəti siyasi məhbus, korrupsiya və məmur özbaşınalığı problemi haqqında məlumatlandırmağa çalışırlar.

Kampaniya çərçivəsində Dortmund, Essen, Passau, Trierdə məşhur Almaniya KİV-lərinin redaksiyaları qarşısında aksiyalar keçirilib