Siyasət

''Azərbaycanlılar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanır''

20 May, 2019
384
Qubad İbadoğlu: "Ermənistanda orta aylıq əmək haqqının artımı Azərbaycanla müqayisədə 43 dollar yüksək olub"

Azərbaycanda hər 1000 nəfərə 130 pensiyaçı düşür. Bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, bu rəqəm Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296-dır.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, açıqlanan rəqəmlərdə diqqət çəkən tərəflər var. Məsələn, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir: "Amma buna baxmayaraq, Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiyadan 2, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır".

MDB Statistika Komitəsinin məlumatında o da deyilir ki, 2005-ci ildə Ermənistanda orta aylıq nominal əmək haqqı 114 dollar olub. Bu il aprelin 1-ə həmin göstərici 364 dollara qalxıb. Yəni son 15 ildə Ermənistanda maaşlar orta hesabla 250 dollar artıb. Azərbaycanda isə 2005-ci ildə orta aylıq əmək haqqı 131 dollar, hazırda 338 dollar olub. 15 il ərzində azərbaycanlıların orta aylıq nominal əmək haqqı 207 dollar artıb.

Qubad İbadoğlunun sözlərinə görə, bu, o deməkdir ki, son 15 ildə orta erməni hər bir azərbaycanlıdan 43 dollar çox qazanıb: "Diqqət edin, heç bir resursu olmayan Ermənistanda orta aylıq əmək haqqının artımı neft-qaz bumunu yaşayan Azərbaycanla müqayisədə 43 dollar yüksək olub. Bu, bir daha göstərir ki, Azərbaycanda gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə görə vətəndaşlar dövlətin iqtisadi siyasətindən ermənilərlə müqayisədə daha az faydalanırlar".

İqtisadçı müqayisə üçün bildirir ki, aprelin 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq nominal əmək haqqı 338, Ermənistanda 364, Ukraynada 390, Gürcüstanda 398, Qazaxıstanda 444, Belarusda 471, Rusiyada 695 dollar olub: "Buyurun, baxın, görün, regionun lider dövləti necə inkişaf edir".
 
Meydan.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo