Siyasət

Azərbaycanlılar niyə ən çox İrana səfər edir?

8 İyul, 2019
472
Dövlət Sərhəd Xidmətinin (DSX) açıqlamasına görə, bu ilin 5 ayında xaricə səyahət edən 2 milyon 65 min ölkə vətəndaşının 816 min nəfəri İrana səyahət edib. 

Bu ümumi səyahətçilərin 39,5 faizi təşkil edir.

Başqa sözlə, bu ilin ilk 5 ayında hər ay orta hesabla 163 min nəfər ölkə vətəndaşı İrana gedib. 

Yəni xaricə səyahət edən hər beş nəfərdən ikisi İrana gedib.

Bu ilin ilk 5 ayında İrana gedən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə 73,6 faiz artıb.

İrana gedən vətəndaşların əksəriyyəti isə İranla sərhəd zonasında yaşayan əhalidir.

DSX -nin açıqlamasına əsasən, ölkə vətəndaşlarının yerdə qalan 27,0 faizi Gürcüstana, 18,3 faizi Rusiya Federasiyasına, 9,8 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. 

İnkişaf etmiş ölkələr sırasına daxil olan Avropa ölkələri və Amerikaya gedənlər 5,4 faizin içərisindədir.

Gürcüstan və Ermənistanda müvafiq göstərici 50 faizin üzərindədir. 

Bəs İrana səyahət edənlərin məqsədi nədir? 

Statistika Komitəsinin məlumatına görə, Azərbaycan vətəndaşları əsasən müalicə turizmi, dini turizm, istirahət və əyləncə turizmi, işgüzar turizm, qohumların və dostların ziyarəti kimi səbəblərə görə İrana gedir.

Görəsən, İrana səyahətin məqsədi səhiyyə və ucuz ərzaq təminatıdır, yoxsa dini və ya başqa səbəblər də vardır?

Bu suala cavab verən ekspert Qubad İbadoğlu deyir ki, əgər səyahətin məqsədi tibb və ərzaq təminatıdırsa, onda Azərbaycanda inkişaf edən səhiyyə və iqtisadiyyatından danışmağa dəyərmi?

"Yox, əgər belə deyil, əsas məqsəd din və başqa səbəblərdirsə, onda Azərbaycanda da ciddi təhlükəsizlik problemləri mövcuddur”, - ekspert vurğulayıb.

Qubad İbadoğlu İranla sərhəddə yaşayan əhalinin sağlamlıq və dolanışıqlarının İrandan asılı oduğunu deyib: "Qonşularımız Avropaya vizasız səfərlər etdiyi halda biz də İrana pənah aparırıq. İslahatları dillər əzbəri olan, iqtisadi inkişafda analoqu olmayan Azərbaycanın vətəndaşları ərzaq və tibbi ehtiyaclarını ödəmək üçün milli iqtisadiyyatı embarqolardan, sanksiyalardan əziyyət çəkən, təhlükəli tsiklə qədəm qoyan İrana səfərlər edir”.

Azərbaycan vətəndaşlarının 2019-cu il yanvar-mart aylarında da ən çox səyahət etdikləri ölkə İran olub. 

İrana ilin ilk üç ayı ərzində 472 mindən çox adam səyahət edib.

Uğur Fərzəli

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo