13:11, 22 Avqust 2019 (Cümə axşamı) 79

“Azeri Light” markalı neftin qiyməti bahalaşıb

“Azeri Light” markalı neftin qiyməti bahalaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,44 ABŞ dolları və yaxud 2,30% artıb.

Bu barədə "Report" xəbər verir.

Xəbərdə deyilir ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 64,06 dollar təşkil edib.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.