17:09, 02 Avqust 2019 (Cümə) 121

AZTA: "Turizm şirkətləri ilə bağlı şikayətlərin sayı durmadan artır"

AZTA:
Azərbaycan Turizm Assosiasiyası (AZTA) turistləri şirkət seçimində daha diqqətli olmağa cağırır. 

Bu barədə "Report” xəbər verir.

Xəbərdə deyilir ki,  AZTA rəhbəri Nahid Bağırov danışıb.

AZTA-nın rəhbəri Nahid Bağırovun sözlərinə görə, son zamanlar Assosiasiyaya şirkətlərin keyfiyyətsiz və məsuliyyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı durmadan artır.

"Hazırda sektorda idarəetmə mexanizmlərinin olmaması turistlər üçün ciddi problemlər yaradır, eləcə də sektorun imicinə ziyan vurur. Bütün baş verənləri nəzərə alaraq, turistləri şirkət seçərək daha diqqətli olmağa, yalnız tanınmış və kifayət qədər müştəri bazası olan şirkətlərlə əməkdaşlıq etməyi tövsiyə edirik”, - AZTA rəhbəri deyib.