17:06, 14 Fevral 2019 (Cümə axşamı) 414

AzTV-yə 3 milyon manat ayrılıb

AzTV-yə 3 milyon manat ayrılıb
Prezident İlham Əliyev "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılacaq.

AzTV dövlət büdcəsindən maliyyələşdirilir.
 
Azərtac