Sosial

Azyaşlıların görüntüləri mediada yayıla bilərmi?

11 İyun, 2019
541
Neqativ hallarla rastlaşmış azyaşlıların görüntülərinin açıq yayımlanması yolverilməzdir. 

İllərdir beynəlxalq uşaq təşkilatları və media mütəxəssisləri bu sahədə maarifləndirmə işi aparır. Bununla belə, son zamanlar bəzi media orqanlarında və sosial şəbəkələrdə bu qaydalara əməl olunmur.  Məsələn, ötən ay adı intihar hadisəsində hallandırılan 5-ci sinif şagirdinin, eləcə də pis vərdişlərə yönləndirilən uşaqların görüntüləri saytlarda yayımlanıb. 

Bəs bu hallar necə tənzimlənməlidir?

Toplum Tv-yə danışan hüquqşunas Ələsgər Məmmədli hesab edir ki, azyaşlı uşaqların şəkillərinin istifadəsi qanunla tənzimlənməlidir: "Əgər uşaq 18 yaşından aşağıdırsa və zərərçəkmiş qismindədirsə, görüntüsünə və onu identifikasiya edən informasiyaların yayılmasına yol verilmir. Yox, əgər zərərçəkən deyilsə, hər hansısa bir tədbirdədirsə, - uşaq günüdürsə, təqdimatdırsa və s. bu zaman uşaqların şəklindən onların valideyinlərinin icazəsi ilə və ya qanuni təmsilçilərinin razılığı ilə istifadə oluna bilər”. 

Ekspert həmçinin bildirir ki, azyaşlı uşaqların mediada şəkillərinin yayılmasının bir səbəbi onu qorumaq məqsədi ilə ola bilər: "Məsələn, şəxs itkin düşübsə, bu zaman artıq şəkillərinin yayılması onun mənafelərinə uyğundur. Belə ki, tanıyan, bilən, ondan xəbəri, məlumatı olanlar bir formada valideyinlərinə və ya onu axtaran polis orqanlarına məlumat verə bilərlər. Yəni bu, istisna haldır. Bu halda istifadə oluna bilər. Amma dediyim kimi, bu yenə də o şəxsin mənafeyini qorumaq məqsədilə olmalıdır. Əks halda mediada azyaşlı uşaqların istər şəkillərinin istifadəsi, istərsə də identifikasiya edəcək digər məlumatların paylaşılması yolverilməzdir”.  

Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli isə deyir ki, "Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları”nın 3-cü prinsipində "yetkinlik yaşına çatmamış uşaqlarla bağlı informasiyaların hazırlanması şərtləri” müəyyən edilib: "Orada göstərilir ki, cinayət qurbanı olan və ya cinayətə cəlb olunmuş yetkinlik yaşına çatmamış uşaqlar haqqında informasiya detallı şəkildə və görüntülərlə o zaman yayıla bilər ki, həmin uşağın vəkilləri, valideyinləri və yaxud himayəsində olduğu qurumun razılığı olsun. "Bir müddət sonra müəyyən edildi ki, həmin prinsip vəziyyətə tam nəzarət edə bilmir. Çünki bəzən valideynlərin anlama durumu, hüquqi bilgiləri yerində olmur. Ona görə də qanunvericiliyə əlavə olundu ki, cinayət qurbanı olan və ya cinayətə cəlb olunmuş yetkinlik yaşına çatmamış uşaqların məlumatları və görüntüləri o halda yayımlana bilər ki, valideyinlərin, qəyyumluğunda olduğu dövlət idarəsinin, həm də işi aparan qurumun da razılığı olsun. Amma təəssüf ki, bu halın tez-tez pozulmasının şahidi oluruq. Çünki indi xəbər istehsalçıları təkcə peşəkar jurnalistlər, peşəkar media qurumları deyil, həm də internetə çıxışı olan hər bir şəxsdir. Xüsusən sosial media istifadəçilərinin hər biri xəbər istehsalçısıdır. Nəticədə tez-tez bu qaydalar pozulur. İndi mətbuat müstəvisində bu cür pozuntular olanda Azərbaycan Mətbuat Şurasına şikayətlər edilir və qurum bunun haqqında rəyini, tövsiyələrini və iradlarını bildirir”.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bu hallar o qədər çox pozulub ki, hazırda konkret effektiv mübarizə aparmaq çətindir: "Amma hər ehtimala qarşı bu sahədə maarifləndirmə işləri görülür. Azərbaycanda çoxlu donor təşkilatlar var. Bu təşkilatların - Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və s. il ərzində elan etdikləri qrant layihələrinin hər birində uşaqlarla bağlı hallara qarşı maarifləndirmə işləri aparılması istiqamətində layihələr olur. Bu layihələr çərçivəsində maarifləndirmə işi aparılır və paralel olaraq il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu sahədə tədbirlər keçirir. Orada bu məsələlər ilə bağlı müzakirələr olur. Bütün bunlar var, amma yetərli olması məsələsi mübahisəlidir. Çünki bu sahədə problemlər var və hesab edirəm ki, aradan qaldırılması üçün müəyyən addımlar atılmalıdır”.
 
Nərgiz Absalamova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo