Sosial

Badamdardakı sürüşmə ilə bağlı son vəziyyət

15 Oktyabr, 2018
1336
"Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib, lakin ara-sıra uçqunlar müşahidə edilir".

"Turan" agentliyinin xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Badamdar-"20-ci sahə" avtomobil yolunun sağ kənarındakı torpaq sürüşməsi ilə bağlı bunu bildirib.

Ekspedisiya rəisi deyib ki, gərginliyin dinamikasını müəyyən etmək məqsədilə çatlar yaranmış hasarlar üzərində mayaklar quraşdırılıb, ciddi sürüşmələr olmasa da, bəzi yerlərdə uçqunlar baş verir. Onun vurğulamasına görə, Badamdar yolunun bir hissəsi artıq bağlanıb.

Sürüşmənin səbəblərinə gəlincə, Ə.Qaralov əsas amil kimi burada tikilmiş evlərdə kanalizasiya xəttinin olmamasını, torpağın artıq suçəkmə qabiliyyətini itirməsini göstərir: "Burada o qədər evlər var ki, kanalizasiyası yoxdur. Bu sular torpaq səthiylə axıdılır, torpaq da müəyyən müddət sonra bu sulardan "doyur", qrunt suları qalxır. Bu da torpağın dayanıqlığını itirməsinə və sürüşməsinə səbəb olur".

Yaranmış vəziyyətlə bağlı buradakı əhalinin köçürülə bilməsi ehtimalına gəlincə, ekspedisiya rəisi deyib ki, bu qərarı artıq hökumət verməlidir.

Bayıl qəsəbəsi, "20-ci sahə" adlı ərazidən Badamdar yoluna çıxışda son dönəmlər ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Oktyabrın 12-si və 13-də sürüşmənin davam etdiyi açıqlanmışdı.

"Səhər saatlarında istinad divarı sürüşüb 4-5 metrə qədər aşağı düşdü, demək olar ki, divarın yarısından çoxu dağılıb", - deyə Ə.Qaralov bildirmişdi.

Ekspedisiya rəisi habelə demişdi ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisinin yaxınlığından çıxarılıblar, kommunal xidmət kəsilib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo