14:46, 09 İyul 2019 (Çərşənbə axşamı) 123

Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir

Bakı-Ağstafa-Qazax qatarı ləğv edilir
İyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv ediləcək. 

Azadlıq Radiosu xəbər verir ki, bunu «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Xəbərə görə, sərnişinlər iyulun 16-dan etibarən bu istiqamətdə yalnız Bakı-Böyük Kəsik qatarından istifadə edəcəklər.

Qurum ləğv olunmanı iki səbəblə bağlayır. Bu, birinci növbədə Bakı-Ağstafa-Qazax istiqamətində hərəkət edən qatardakı vaqonların istismar müddətini başa vuraraq təmir olunmasına zərurət yaranması, ikincisi qatarların hərəkətinin optimallaşdırılması ilə izah olunur.

Bakı-Böyük Kəsik istiqaməti üzrə qatar saat 23:00-də yola düşəcək.