13:46, 16 Mart 2019 (Şənbə) 372

Bakı-Gəncə sürət qatarında qiymətlər endirilib

Bakı-Gəncə sürət qatarında qiymətlər endirilib
Martın 20-də Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin ediləcək. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq. 

Bu barədə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti (QSC) məlumat yayıb.

"Novruz bayramı münasibətilə "Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq martın 17-dən 31-dək qatarın biznes yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb”, - məlumatda bildirilir.

4 vaqondan ibarət Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarında birinci class (9 yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Standart yerlərdən gediş haqqı 10, biznesdə 50, birinci klassda isə 100 manatdır.