Sosial

Bakı Metropoliteni sıxlıq haqda: “Kəskin zəruruət olmadıqca...”

31 Mart, 2020
1271
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən martın 29-dan Bakı metrosunun iş vaxtı məhdudlaşdırıb. 

İndi metro yalnız səhər 7-9 və axşam 17-20 arası işləyir. Məqsəd koronavirusa yoluxmanı önləmək olsa da, səhər və axşam işə, evə  tələsənlərin çoxluğu sıxlığa səbəb olur. Bu vəziyyətdəsə infeksiyadan qorunmaq üçün sosial məsafəni saxlamaq mümkün olmur.  

Buna görə də qərardan narazılar var. Narazılar xüsusən də karantin günlərində işləmək məcburiyyətində olanlardır. Onlardan biri bankda işləyən Sahib Ağayevdir (ad şərtidir). Hər gün metrodan istifadə edir. 

"Bank sektorunda işlərin dayanması, işləməməyimiz ölkə iqtisadiyyatının çökməsi deməkdir. Düzdür, iş prosesində mümkün qədər özümüzü qorumağa çalışırıq. Ancaq yenə də risk altındayıq”. 

S.Ağayevin narahatlığını artıran səbəblərdən biri də metronun yalnız bəlli saatlarda işləməsi və bu səbəbdən yaranan sıxlıqdır. O danışan zaman yaşadığı qorxu və həyəcan gözlərindən belə açıq oxunur. 

"Evdə iki körpə övladım, yaşlı anam var. Hər gün işdən evə geri dönəndə mənimlə birgə koronavirus da evimə girəcək deyə qorxuram. Səhər, axşam metroda nə qədər insanla yanaşı gedirəm. Metro ancaq müəyyən saatlarda işləyir deyə insanlar işlərini həmin vaxta salırlar. Ona görə də sıxlıq yaranır. Bəziləri maskadan belə istifadə etmir. Heç olmasa vaqonlar tez-tez gəlsə sıxlığın qarşısı alınardı”.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qaynar xəttinə zəng edirik. Ordan gün ərzində bu tipli şikayətlərin bir neçə dəfə edildiyini bildirirlər. 

Metropolitenin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov Toplum TV-yə açıqlamasında deyir: "Bir stansiyada hər iki istiqamətdə hərəkət edən qatarların sayı saatda 48-dir. Hər qatarın da 1500 nəfər tutumu var. Bu da sərnişinlərə imkan verir ki, istər stansiyalarda, istər vaqonlarda lazımi ara məsafəsini qorusunlar”.

O sıxlığı azaltmaq üçün daha bir nəzarət mexanizmi tətbiq etməyə başladıqlarını söyləyir. B.Məmmədovun sözlərinə görə, metro stansiyalarının girişində sərnişinlərin hərəkətini bir qədər də məhdudlaşdıran istiqamətləndiricilər qoyulub. Metropolitenin sözçüsü sərnişin sıxlığı olan bir neçə stansiyada əlavə səsgücləndiricilərlə sərnişinlərə elanlar, tövsiyələr verilməsini intensivləşdirəcəklərini bildirir.

Bəxtiyar Məmmədov vətəndaşlara evdə qalmağı və "kəskin zərurət” olmadıqca metropalitendən istifadə etməməyi tövsiyə edir. Bundan başqa sərnişinlərdən metropolitendən istifadə edərkən ara məsafənin qorunmasına daha diqqətli olmağa çağırır. 

"Metropaliten ərazisi qapalı mühitdir və belə mühitdə virusun yayılması daha sürətlə baş verə bilər”, - deyə B.Məmmədov izah edir.

Həkim Vasif İsmayıl da metrodakı sıxlığın infeksiyanın yayılma sürətini artıracağını deyir. 

Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etsək də onlar Səhiyyə Nazirliyinin izni olmadan danışa bilməyəcəklərini söylədilər. 

Zülfiyyə Quliyeva


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo