14:17, 03 İyul 2019 (Çərşənbə) 61

Bakı Nəqliyyat Agentliyi: "Bakıda bəzi küçələrdə işıqforlar işləmir"

Bakı Nəqliyyat Agentliyi:
Elektrik enerjisi təchizatının kəsilməsi ilə əlaqədar hazırda paytaxtın bir sıra küçələrində işıqforlar işləmir. 

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumatda  deyilir ki, hazırda S.Vurğun küçəsi ilə N.Yusifbəyli küçəsinin, N.Yusifbəyli küçəsi ilə X.Şuşinski küçəsinin, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforların işləmədiyi bildirilir.

Bakı Nəqliyyat Agentliyi isə sürücülərdən ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş edir.

İyulun 2-də də Baknın mərkəzi küçlərində işıqforların işləməməsi barədə Bakı Nəqaliyyat Agentliyi məlumat yaymışdı.