20:55, 11 İyun 2019 (Çərşənbə axşamı) 100

“Bakı Parlament Platforması” yaradılacaq

“Bakı Parlament Platforması” yaradılacaq
İyunun 12-də Azərbaycan, Almaniya və Türkiyədən parlament nümayəndələrinin və ekspertlərinin iştirakı ilə "Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı” keçiriləcək.

Bu barədə "Report.az" məlumat yayıb.

Məlumata əsasən burada əsas məqsəd Azərbaycan, Almaniya və Türkiyə parlamentarilərindən ibarət "Bakı Dialoq və Əməkdaşlıq Platforması” ("Bakı Parlament Platforması”) yaratmaqdır.

Bu Platforma çərçivəsində regional təhlükəsizliyə təhdid yaradan əsas faktorların qarşısının alınması yollarını, eləcə də qarşılıqlı inam və dialoqun gücləndirilməsi, iştirakçı ölkələr arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə qaldırılması, həmçinin nəqliyyat və enerji sahələrində mövcud əlaqələrin gücləndirilməsi məsələlərini müzakirə etmək nəzərdə tutulub.