15:02, 09 İyul 2019 (Çərşənbə axşamı) 62

Bakı-Tbilisi qatarının üzərinə elektrik naqili düşüb - Video

Bakı-Tbilisi qatarının üzərinə elektrik naqili düşüb - Video
Bakı-Tbilisi qatarının üzərinə iyulun 8-də Hacıqabul və Kürdəmir arasında hərəkətdə olarkən elektrik naqili düşüb.

Nəticədə yanğın başlayıb.

Məlumatı qatarda olan sərnişinlər sosial şəbəkələrdə yayıblar.

Bildirilib ki, sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmayıb.

"Azərbaycan Dəmir Yolları” QSC məlumat yaysa da, hadisə barədə tam xəbər verməyib.

ASC-nin yaydığı məlumata görə, dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimələr olub:

"Hadisə vaxtı Padar-Sığırlı mənzilində hərəkətdə olan 38/37 saylı Bakı-Tbilisi sərnişin qatarı teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb. Nəticədə 2 saat ləngimə qeydə alınıb. Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir”.

Bununla belə xəbərdə elektrik naqillərinin qatarın üzərinə düşməsi qeyd olunmayıb və bildirilməyib ki, hansı səbəbdən Bakı-Tbilisi qatarı teplovoz dartısı ilə Sığırtılı stansiyasına gətirilib.