İqtisadiyyat

"Bakı tikinti meydançasına dönmüşdü"

23 Dekabr, 2019
613
Ötən ilə nisbətdə ümumi daxili məhsulun həcmi 2,1 faiz artıb.

2019-cu ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72852,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artmış, tikintidə isə 6,4 faiz azalıb.

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda ÜDM-in artımında hələ də aparıcı rolu enerji sektoru oynayır. 

Bu da neft qiymətlərinin bu il sabit qalmasına eyni zamanda büdcədə nəzərdə tutulandan xeyli dərəcədə yüksək olması ilə əlaqədardır. Büdcədə 60 dollar nəzərdə tutulub, ancaq ortalama qiymətin 68-70 dollar olması gözlənilir. Ona görə də bu artımın enerji sektorunda olması təbiidir. 

"Tikintidə azalmanın səbəbləri müxtəlifdir: birinci səbəb odur ki, büdcədən təmir-tikinti işləri ayrılan vəsaitin həcmində azalma müşahidə olunur. İkicisi isə ölkədə iqtisadi durumu, alıcılıq qabiliyyətini nəzərə alsaq, özəl şirkətlərin tikintiyə sərf etdikləri kapital qoyuluşları azalır. Bu zaman tikinti sahəsində aktivlik də azalır", - ekspert bildirir.

Onun sözlərinə görə, əsas aktivlik 2014-cü ilə qədər müşahidə olunub: "O zamanlar ölkə ərazisi, eləcə də Bakı şəhəri tikinti meydançasına dönmüşdü. İndi isə belə intensiv tikinti işləri aparılmır deyə bu sahədə də azalmalar müşahidə olunur".

Ekspert bildirib ki, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə ümumi daxili məhsulda 2%-ə qədər olan artım ciddi göstərici sayılmır. Çünki qonşu ölkələrə baxanda, hətta Gürcüstan, Ermənistan da ÜDM-in artımında Azərbaycanı qabaqlayır. Məsələn, bu il Gürcüstanda ÜDM-in həcmi 5% gözlənilir.

Roza Məmmədova


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo