Siyasət

Bakıda bir neçə nəfərin AQTA adından rüşvət topladığı müəyyən olunub

12 Aprel, 2019
792
Son günlər Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) qurumun adından istifadə edərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edən, əsassız tələblər irəli sürən şəxslərlə bağlı ayrı-ayrı rayonlarından şikayətlər daxil olub.

AQTA-dan verilən məlumata görə, daxil olan növbəti məlumatın araşdırılması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda heyvan kəsimi və ət satışı məntəqələrindən özlərini agentliyin əməkdaşları kimi təqdim edən və sahibkarlardan aylıq pul tələb edən şəxslərlə bağlı şikayətlər öz təsdiqini tapıb.

Belə ki, araşdırmalar zamanı sahibkar tərəfindən əvvəlcədən mağazada quraşdırılan kamerada həmin şəxslərin və istifadə etdikləri minik avto
mobilinin foto və video görüntülərinin əks olunduğu müəyyən olunub.

AQTA bəyan edir ki, bu şəxslər agentlik əməkdaşları deyil və qanunazidd hərəkətlərə yol verən həmin şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün məlumatlar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təqdim olunub.

Bildirilib ki, dövlət orqanın nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Agentlik sahibkarlardan bu kimi dələduzluq faktları ilə qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Çağrı Mərkəzi”nə məlumat verməyi xahiş edir.

Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo