17:30, 07 Oktyabr 2019 (Bazar ertəsi) 433

Bakıda əsən güclü külək fəsadsız ötüşməyib

Bakıda əsən güclü külək fəsadsız ötüşməyib
Bakıda güclü külək nəticəsində irigövdəli ağac aşaraq, 3 avtomobilə ziyan verib.

Trend-in məlumatına görə, Səbail rayonu Nizami küçəsində külək irigövdəli ağacın aşmasına səbəb olub. Aşan ağac yol kənarında park edilmiş avtomobillərə ziyan vurub.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov  bildirib ki, qurum əməkdaşları artıq həmin əraziyə səfərbər olunub.