Sosial

Bakıda əsən külək ağacları sındırıb

1 İyul, 2019
360
İyunun 29-u gecədən iyulun 1-i səhərə kimi əsən külək nəticəsində Bakının ayrı-ayrı rayonlarında 15-dən çox ağac sınıb, çoxsaylı ağac əyilmələri onları qəzalı vəziyyətə salıb. 

Azadlıq Radiosu xəbər verir ki, bunu Bakı Şəhər Bitkiləri Mühafizə İdarəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bəhs edilən müddətdə Bakıda ağac aşması nəticəsində iki maşın əzilib.

"Bütün ağaclar yollardan götürülüb, qəzalı vəziyyətə düşmüş ağacların düzəldilməsi üçün işlər gedir”, - idarə rəisi bildirib.

O.Məmmədov deyib ki, ağac sınmaları daha çox Bakının Binəqədi, Nəsimi və Nərimanov rayonlarında qeydə alınıb.

İyunun 29-u gecədən Bakıda güclü şimal-qərb küləyi əsməyə başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazriliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, küləkli hava iyulun 1-i günorta saatlarınadək davam edəcək.

Xəzərdə 4.5 metr hündürlüyündə dalğalar qeydə alınıb, ölkənin bəzi dağlıq rayonlarına dolu düşüb.

Xəzərdə dalğanın hündürlüyü 5,8 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti iyulun 30 -u gündüzdən, iyulun 1-i səhərə kimi ölkə ərazisindəki faktiki hava barədə açıqlama yayıb.

Bu müddətdə ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam etdiyi, şimşək çaxdığı, arabir yağış yağdığı, bəzi yerlərdə leysan xarakterli olduğu deyilir.

Ən çox yağış Xaltan, Qrız, İsmayıllı, Göyçay, Qəbələ, Şamaxı, Xaçmaz, Astara, Altıağac, Daşkəsən, Qusar, Sarıbaş, Lerik, Ağsu, Yevlax Şəki, Lənkərana yağıb.

Departament iyunun 30-u axşam saatlarında Daşkəsənə diametri 12 mm olan dolu düşdüyünü bildirir.

Qərb küləyinin Naftalanda 32 m/s, Mingəçevir, Gəncə, Ağstafa, Şahbuzda 20 m/s, Salyan, Ağdamda 18 m/s, Zərdabda 17 m/s, Neftçalada 15 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 18-23 m/s, arabir 25-30 m/s-dək gücləndiyi qeyd olunur.

Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,8 metrə çatıb.

Dolu düşən rayonlardan biri də Qusardır. Qusar Rayon İcra hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fəramərzov bildirib ki, dolu meyvəçiliyə və bəzi dağlıq kəndlərdə taxıl zəmilərinə ziyan vura bilər. O, hələlik rayon sakinlərinin təsərrüfatlarına dəymiş ziyan barədə məlumatsız olduqlarını deyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo