16:31, 11 Sentyabr 2019 (Çərşənbə) 48

Bakıda fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib

Bakıda fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 2,6 mln. manat məbləğində güzəştli kredit verilib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, kreditlər heyvandarlıq, bağçılıq, çörək, tara, mebel istehsalı və s. sahələrə yönəldiləcək.

Bu günədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 731 investisiya layihəsinin maliyyələşdirilməsinə 686,6 mln. manat güzəştli kredit verilib. Ölkə üzrə bu ilin ötən dövründə investisiya dəyəri 400,4 mln. manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 mln. manat güzəştli kredit verilib. 

Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır. Bu ilin ötən dövründə verilən kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla,  kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.