12:57, 02 Aprel 2020 (Cümə axşamı) 263

Bakıda postlar nə üçün qurulub? - DİN-dən açıqlama

Bakıda postlar nə üçün qurulub? - DİN-dən açıqlama
"Bakıda qurulan postlar istirahət üçün öz avtomobillərində gəlmək istəyənləri geri qaytarmaq məqsədi daşıyır".

"Report"un məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin postlardan insanlar avtomobilləri ilə birlikdə evlərinə göndərilir.