21:56, 16 İyun 2019 (Bazar) 934

Bakıda sahibsiz itlərlə bağlı aksiya - VİDEO

Heyvansevərlər "Toplan-sahibsiz itlərə qayğı mərkəzi"nin qarşısında aksiya keçirməyə cəhd edib.

Aksiyanın məqsədi heyvan haqlarını qorumaq olub.

Aksiya iştirakçıları "Toplan- sahibsiz heyvanlara qayğı mərkəzi"ni küçə itlərinin qanunsuz olaraq öldürülməsində ittiham edirlər.

Aksiya polis müdaxiləsi nəticəsində dağıdılıb.

Aksiya zamanı iştirakçılardan Nicat İsmayılov və bloqqer Nurlan Qəhrəmanlı polis bölməsinə aparılıb, 3 saat sonra buraxılıblar.

Hazırladı:
Nərgiz Absalamova