10:37, 25 Noyabr 2019 (Bazar ertəsi) 77

Bakıda sürüşmə zonası genişlənib - YENİLƏNDİ

Bakıda sürüşmə zonası genişlənib - YENİLƏNDİ
Baş Nazir Əli Əsədov və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə zonasına gedib.
 
Xəbəri Trend yayıb. 
 
*** 
 
Bakıda yolda sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə Report məlumat yayıb.

Məlumata görə, sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir. İlkin ehtimala görə, gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib. 
 


Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Avtomobillərin hərəkəti köhnə yol ilə "20-ci Sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur.