10:45, 26 Mart 2019 (Çərşənbə axşamı) 212

Bakıda ticarət mərkəzi yanır

Bakıda ticarət mərkəzi yanır
Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verib. 

Bu barədə martın 26-da Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

Yanğının "Diqlas" ticarət mərkəzindən başladığı deyilir.

Nazirliyin məlumatına görə, Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və s. təxirəsalınmaz tədbirlər görülür.

Nazirlik ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.