11:15, 03 İyul 2019 (Çərşənbə) 64

Bakıda universitetdə yanğın olub

Bakıda universitetdə yanğın olub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərdə deyilir ki, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yanğın olub.

Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb.

Yanğın nəticəsində tədris mərkəzindəki bir neçə avadanlığa zərər dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.