16:48, 10 İyun 2019 (Bazar ertəsi) 40

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb
"Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

Hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Ege hospital”da qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Açıqlamada deyilir ki, Rusiya Respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində "Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb: "Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə "Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.

Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya Respublikasında edilən tibbi müdaxilələr dayandırılıb”.

Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.