15:55, 05 May 2019 (Bazar) 593

Bakıda yol qəzası: xəsarət alanlar var - FOTO

Bakıda yol qəzası: xəsarət alanlar var - FOTO
Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Toplum.Tv-yə hadisə şahidləri məlumat verib.

Onlar bildiriblər ki, Sabunçu-Zabrat yolunda 217 nömrəli "İsuzu" markalı xətt avtobusu "Qazel" markalı avtomobili arxadan vurub. 

Hadisə yerinə təcili tibbi yardım maşınları çağırılıb.
 
Hadisə şahidlərinin dediyinə görə, hadisəyə səbəb avtobus sürücüsünün telefonla danışması olub. 

Xəsarət alanların sayının 15-ə yaxın olduğu bildirilib.
 
Nərgiz Absalamova