12:41, 09 Sentyabr 2019 (Bazar ertəsi) 52

Bakılı siyasətçi Sankt-Peterburqun qubernatoru seçilir

Bakılı siyasətçi Sankt-Peterburqun qubernatoru seçilir


/ DÜNYA
Sentyabrın 8  Rusiyanın 16 bölgəsində xalq səsverməsi ilə qubernator seçkiləri keçirilib. 

"Novator.az"ın verdiyi məlumata görə, Sankt-Peterburq qubernatoru postuna seçkidə bakılı Aleksandr Beqlov önə çıxıb. O, 64,6% səslə liderlik edir.

Aleksandr Beqlov 1956-cı ildə Azərbaycanın paytaxtında hərbçi ailəsində anadan olub. Leninqrad (indiki Sankt-Peterburq) Mühəndis-İnşaat İnstitutunu bitirib. Hakim Vahid Rusiya Partiyasının üzvüdür.
 
Rusiya prezidentinin Mərkəzi Federal Dairədə və Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi olub.

2018-ci il oktyabrın 3-dən Sankt-Peterburq qubernatoru səlahiyyətlərini icra edir.