14:48, 23 Avqust 2019 (Cümə) 118

“BakuBus”lar niyə tüstülənir? - VİDEO

Avqustun 23-də Xətai rayonu Yusif Səfərov küçəsində "BakuBus” avtobusunda tüstülənmə olub.

Bu barədə Toplum.tv-yə hadisə şahidləri məlumat veriblər. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev faktı Toplum TV-ə təsdiqləyib.

O bildirib ki, avtobusda hər hansı bir yanğın, alovlanma olmayıb: "Texniki nasazlıq yaranıb. Yağın axması nəticəsində əmələ gələn tüstülənmədir və sürücü avtobusdakı vasitələrdən istifadə etməklə müdaxilə edib. Ümumiyyətlə bildirim ki,  hazırda "BakuBus"un istismarında olan eyni zamanda yeni alınan avtobuslarda yanğından mühafizə məsələsi çox ciddi şəkildə nəzərə alınıb. Avtobusların müəhrrik hissəsində üçlü yanğın söndürmə sistemi mövcuddur. Həm toz, həm su, həm də partlayışla...”.

Qeyd edək ki, analoji hal avqustun 22-də də baş verib. Belə ki, "Baku Bus”a məxsus avtobusların birində tüstülənmə hadisəsi baş verib.

Hazırladı: Nərgiz Absalamova