14:48, 08 İyun 2019 (Şənbə) 90

Balakən Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib

Balakən Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsindən azad edilib
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bu barədə "Report.az" məlumat verib.

Məlumatda bildirilir ki, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Balakən Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini polkovnik-leytenant Qədim Həsənov vəzifəsindən azad edilib. 

O, digər əmrlə Şəmkir RPŞ-nin Zəyəm Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.