17:03, 12 İyul 2019 (Cümə) 189

"Bandotdel"ə yeni rəis təyin edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.

Bu barədə "Report.az" xəbər verib.

Xəbərə görə,  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmr imzalayıb.

Bu vəzifəyə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov xəbəri təsdiqləyib. 
 
Əbülfəz Rzayev 1968-ci il avqust ayının 11-də Ordubad rayonunun Behrud kəndində doğulub.

Ə.Rzayev polis fəaliyyətinə Ukraynada başlayıb, 1989-1990-cı illərdə Donetsk vilayəti Kirovskoye Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri olub.

O, 1990-1996-cı illərdə M.F. Axundov adına APRDƏİ-də ali pedaqoji təhsil alıb. 1998-cı ildə BDU-nun hüquq fakultəsini bitirib. 2000-ci ildən BDU-nun hüquq fakultəsinin Konstitusiya hüququ kafedrasında müəllim işləyir.

Ə.Rzayev 1995-ci ildən Azərbaycan Daxili İşlər Nazirliyi sistemində xidmət edir. Polis polkovnik leytenantdır.

Ailəlidir. 4 övladı var.

Onun qardaşı Abbas Rzayev Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, digər qardaşı Xudu Rzayev isə "Minera GROUP” prezidentidir.