13:41, 28 Dekabr 2018 (Cümə) 843

Bankların aktivləri artıb

Bankların aktivləri artıb
Bu il noyabrın 30-da Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 mlrd. 827.2 mln. manat təşkil edib.

Bu məlumatı bu gün, dekabrın 28-də Maliyyə Bazarına Nəzarət Palatası açıqlayıb.

Məlumatda qeyd edilir ki, bankların cəmi öhdəlikləri isə 25 mlrd. 579.7 mln. manat olub.

2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri oktyabr ayı ilə müqayisədə 0.5 faiz (137 mln. manat), öhdəlikləri isə 0.2 faiz (61.5 mln. manat) çoxalıb: «Noyabr ayında bankların kredit portfeli 2.4 faiz (282.9 mln. manat) artaraq 12 mlrd. 171.2 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4 faiz (834.5 mln. manat) artıb».

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 mlrd. 989.9 mln. manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9 faiz (447.4 mln. manat) artım olub.

«Cari ilin 11 ayı ərzində banklar 644 mln. manat əməliyyat mənfəəti, 306.3 mln. manat xalis mənfəət generasiya edib», - palatanın məlumatında qeyd edilir.

Bunun ötən ilin eyni dövründən az olduğu bildirilir.