10:48, 21 Fevral 2019 (Cümə axşamı) 302

Banqladeşdə yanğında 60-dan çox adam ölüb

Banqladeşdə yanğında 60-dan çox adam ölüb


/ DÜNYA
Banqladeşin paytaxtı Dəkkənin köhnə hissəsində yaşayış binalarında böyük yanğın olub.

Yanğın nəticəsində azı 69 nəfərin öldüyü deyilir.
 

Azadlıq Radiosu ölkənin yanğınsöndürmə rəsmilərinə istinadən bildirir ki,ölü sayının artacağı gözlənir. 

Xilasetmə işləri davam edir.

Yaşayış binalarında onlarla adam qalıb. Bu ərazidə həm də kimyəvi maddələr saxlanırmış.
 

Banqladeş yanğınsöndürmə xidmətinin rəhbəri Əli Əhməd deyib ki, yanğın qaz silindrindən başlayıb, daha sonra kimyəvi maddələr saxlanan binaya yayılıb.

Şahidlərin yerli televiziyaya dediklərinə görə, binadakı qaz silindrləri bir-birinin ardınca partlayıb. Binanın qarşısındakı tıxacda qalmış bəzi maşınların yanacaq çənləri də alışıb.

"Yanğın başlananda ərazidə tıxac var imiş. Yanğın elə sürətlə yayılıb ki, adamlar qaça bilməyiblər”, – yanğınsöndürmə xidmətinin rəhbəri deyib.
 

2010-cu ildə Dəkkədə bir binada başlamış oxşar yanğında 120-dən çox ölən olmuşdu. Həmin binadan da kimyəvi maddələrin anbarı kimi istifadə olunurdu.

Bundan sonra Dəkkədə yaşayış ərazilərində kimyəvi maddə anbarları yığışdırılmağa başladı. Amma son illər bu tədbirlər yenə səngiyib.