10:53, 15 Oktyabr 2019 (Çərşənbə axşamı) 74

"Barış pınarı" əməliyyatının 7-ci günü



/ DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 595 silahlısı zərərsizləşdirilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter hesabında məlumat yayıb: "Uğurlu şəkildə davam edən Barış Pınarı əməliyyatında zərərsizləşdirilən terorist sayı  595 oldu".

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə bir neçə gündür Suriyanın şimalında "Barış pınarı” əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.