15:51, 18 İyul 2019 (Cümə axşamı) 180

Baş Prokurorluq Elina Hacıyeva ilə bağlı açıqlama verib

Baş Prokurorluq Elina Hacıyeva ilə bağlı açıqlama verib
Baş Prokurorluq 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharı işi üzrə istintaq zamanı müdafiə tərəfinin vəsatətinin təmin olunmaması ilə bağlı vəkillərin müraciətinə reaksiya verib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında xatırladılır ki Bakı şəhəri Səbayıl rayonu 162 saylı orta məktəbin direktoru Sevinc Abbasova iş üzrə müttəhim kimi cəlb edilib.

E.Hüseynovanın hüquqi varisi (anası) Sevil Hüseynova vəkillər tərəfindən verilmiş vəsatətlərə baxılmasının nəticələri barədə məlumatlandırılıb.

Buna baxmayaraq, zərərçəkənin qohumları tərəfindən istintaqın qeyri- obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilib.

Prokurorluq bildirir ki, Sevil Hüseynovanın təklif etdiyi müstəqil ekspertin cəlb edilməsi barədə müdafiə tərəfinin vəsatəti təmin edilməyib.

Bu, onunla izah edilib ki, ekspert komissiyasına Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssisləri cəlb olunub.

İş üzrə şahid qismində dindirilmiş Səbayel Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə zərər çəkmiş tərəfin hüquqi varisi Sevil Hüseynova arasında üzləşdirmənin aparılmasına dair növbəti vəsatət həmin şəxslərin ifadələri arasında ziddiyyət olmadığından təmin edilməyib.

Vəzifəli şəxslərin vəzifə funksiyalarını müəyyən edən normativ sənədlərin surətlərinin zərər çəkmiş tərəfin hüquqi varisinin nümayəndələrinə verilməsinə dair vəsatətlər cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən təmin edilməyib. Belə ki, zərər çəkmiş tərəf və ya onun hüquqi varisinin nümayəndəsi yalnız ibtidai araşdırma başa çatdığı andan iş materialları ilə tanış olmaq huququna malikdir.

Məktəbin direktoru Sevinc Abbasova CM-in 143-cü maddəsi (həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə olan şəxsi təhlükədə qoyma) və 314.2-ci maddə (səhlənkarlıq, zərərçəkənin ölümünə səbəb olduqda) ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Müdafiə tərəfi qərardan şikayət verib və direktorun həbsə alınmasına təkid edir, belə ki, azadlıqda istintaqın gedişinə və şahidlərə təsir göstərə bilər.