14:52, 19 Oktyabr 2020 (Bazar ertəsi) 122

Baş Prokurorluq: "Ermənistan ordusu xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb"

Baş Prokurorluq:
Ermənistan silahlı qüvvəlləri Azərbaycanın Xızı ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.

Erməni hərbi birləşmələrinin oktyabırın 18-də atdığı raket qalıqları strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızının Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 

"Törədilmiş həmin cinayət nəticəsində neft ixrac edən və dağıdılması əhəmiyyətli maddi zərər vurulmasına səbəb ola bilən böyük ötürücülü xam neft və kondensat ixrac edən kəmərlər üçün təhlükəli şərait yaranmaqla infrastruktur obyektlərinə məxsus xüsusilə külli miqdarda əmlakların qəsdən məhv edilməsinə cəhd olunub”, - məlumatda bildirilir.


Hazırda prokurorluq əməkdaşları tərəfindən istintaq aparıldığı bildirilir.