14:04, 19 Oktyabr 2020 (Bazar ertəsi) 105

Baş Prokurorluq Qarabağa döyüşə gedən xarici ölkə vətəndaşlarına müraciət etdi

Baş Prokurorluq Qarabağa döyüşə gedən xarici ölkə vətəndaşlarına müraciət etdi
Baş Prokurorluq Qarabağa döyüşmək üçün gedən xarici ölkə vətəndaşlarına müraciət edib.

Bu barədə Prokurorluğun yaydığı məlumatda bildirilir. 

"Son günlər bir sıra xarici ölkə vətəndaşları dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Qarabağda gedən döyüşlərdə muzdlu döyüşçü kimi döyüşməsi halları müəyyən edilib", - məlumatda qeyd olunur. 

Prokurorluq  bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici video çarx hazırlanıb.

"Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur”, - müraciətdə deyilir.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli, şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.