16:45, 24 Oktyabr 2020 (Şənbə) 142

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Sosial şəbəkələrdə döyüş əməliyyatlarının aparıldığı istiqamət barədə paylaşılanlar hərbiçilərin həyati təhlükəsinə səbəb ola bilər. 

Bu barədə Baş Prokrorluq öz rəsmi "facebook" səhifəsində məlumat yayıb. 

Məlumatda bildirilib ki, Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etməsi və digər əməliyyatları haqqında video, foto və informasiyaların yayılması Ermənistan tərəfinin infromasiya əldə etməsinə şərait yaradır: "Müharibə vəziyyətini nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini bu tipli hərəkətlərə yol verməməyə çağırırıq. Bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb. 

Razılaşmaların pozulmasında terefler bir-birini günahlandırırlar.