15:53, 13 Sentyabr 2019 (Cümə) 192

Baş redaktor nazirliyi məhkəməyə verib

Baş redaktor nazirliyi məhkəməyə verib
Arqument.az xəbər saytının baş redaktoru Şəmşad Ağa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini məhkəməyə verib.

Jurnalist bu barədə şəxsi feysbuk hesabında məlumat yayıb.

Baş redaktor bildirib ki, şikayətin səbəbi bu ilin aprelində heç bir xəbərdarlıq və bildiriş olunmadan saytın  2 gün blok olunmasıdır.

Şəmşad Ağa sayta müdaxilənin Cəlilabadda kartof rüsumuna etiraz edən fermerlərin aksiyası haqqında xəbərlə bağlı olduğunu deyib. 

Onun sözlərinə görə, bu haqda ilk məlumatı "Arqument.az” yerləşdirib.

Baş redaktor bildirib ki, Bakı İnzibati-İqtisadi Məhkəməsində hazırlıq prosesi 27 sentyabr, saat 10:30-da olacaq.

Vüqar Mirzəbəy